Bu ölkədə gündə 3 min insan koronadan öləcək - Şok iddia

Bu ölkədə gündə 3 min insan koronadan öləcək - Şok iddia
21:42 8 Aprel 2020
319 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə yeni tip koronavirus aprel ayının 3-cü həftəsində pik səviyyəyə çatacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton Universiteti Tibb fakültəsinin Sağlamlığın Dəyərləndirilməsi Mərkəzi məlumat yayıb.

Mərkəz ölkələrdəki sosial məsafə qaydalarını, bu günə qədər görülən tədbirlərə nə dərəcədə əməl olunmasını və ölüm nisbətləri kimi meyarları nəzərə alaraq hesabat hazırlayıb.

Mərkəzin iddiasına əsasən pandemiya İngiltərədə aprel ayının üçüncü həftəsində pik həddə çatacaq və bu tarixlərdə ölüm sayı gündə 3 min olacaq.

Belə olarsa, ölkə üzrə avqust ayına kimi 66 min insanın həyatını itirəcəyi deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR