Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
15:22 14 Aprel 2020
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitənin martın 24-də, martın 31-də və aprelin 14-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Bəxtiyar Əliyev təqdim edib.

Bu iclaslarda "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Hərbi qulluqçuların statusu haqqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Deputatlar bu məsələlərlə bağlı fikir mübadiləsi aparıb və öz təkliflərini veriblər.

Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/841921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR