“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, “Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) versiyasına görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.
“Laçın” gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakıda inşa edilib. İnşasına 2017-ci il fevralın 9-da başlanılıb və artıq iki il sonra gəmi istismara hazır olub. Tankerin uzunluğu 141 m, eni 16,98 m, su çəkimi 4,54 m/3,6 m təşkil edir.
Xatırladaq ki, dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Laçın” tankerinin istismara verilməsi mərasimində iştirak edib.