Aleksandr Əliyev: "Rusiya - Ukrayna matçı əsrin oyunu olar"

Aleksandr Əliyev: "Rusiya - Ukrayna matçı əsrin oyunu olar"
17:47 14 Aprel 2020
167 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya millisində çox yaxşı futbolçular var, möhtəşəm komandadır. Ukraynada da eyni vəziyyətdir”.
Bu fikirləri Ukrayna “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev “Sport24.ru” nəşrinə müsahibəsində deyib.
35 yaşlı keçmiş yarımmüdafiəçi iki komanda arasındakı matçın mümkünlüyü barədə fikirlərini bölüşüb: “Onların oynaması üçün mübaribəyə son qoyulmalıdır. Çox istərdim ki, Rusiya və Ukrayna yığmaları qarşılaşsınlar. Bu, əsrin matçı olardı. Dünyanın ən yaxşı milli komandalarını belə oyuna baxacağımız kimi izləməzdik". 
Əliyev komandaların qrup mərhələlərində qarşılaşmalarına icazə verilməməsinə də münasibət bildirib: "Bütün bu siyasətin idmana niyə daxil olduğunu başa düşmürəm”.
Qeyd edək ki, daha öncə Aleksandr Əliyevin koronavirus testi mənfi nəticə göstərib.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aleksandr-eliyev-rusiya-ukrayna-matci-esrin-oyunu-olar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR