Kvemo Kartlidə təcili tibbi yardımın işində çətinlik yarandı

Kvemo Kartlidə təcili tibbi yardımın işində çətinlik yarandı
19:47 14 Aprel 2020
163 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində təcilli tibbi yardım briqadalarının işində problem yaranıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, buna səbəb Bolnisidə beş tibb işçisində koronavirusun təsdiqlənməsidir: “Onların arasında təcili tibbi yardım həkimi, tibb bacısı və sürücü də var. Hazırda çox sayda həkim özünütəcriddədir”.
Qubernatorun sözlərinə görə, Bolnisinin Savaneti kəndində üç nəfərdə də COVID-19 infeksiyası aşkarlanıb: “İlkin yoluxma mənbəyi hələ məlum deyil. Onların təmasda olduğu 280 şəxs artıq müəyyən olunub”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/kvemo-kartlide-tecili-tibbi-yardimin-isinde-cetinlik-yarandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR