Səhər saatlarında GÜCLÜ ZƏLZƏLƏ

Səhər saatlarında GÜCLÜ ZƏLZƏLƏ
09:28 15 Aprel 2020
134 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyada zəlzələ olub.

Publika.az xəbər verir ki, Sumatra adasının Açe bölgəsində 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumunun məlumatına görə, Meulaboh şəhərinə 66 km məsafədə baş verən zəlzələnin episentri yerin 11 km dərinliyində olub.

Fəsad və tələfatla bağlı hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, aprelin 9-da əyalətin Sinabanq bölgəsində 5 bal gücündə zəlzələ olmuşdu.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/310810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR