Dünyada fərdi evlərinin kirayəsi ilə bağlı xidmət göstərən aparıcı şirkət - “AirBnb” koronavirusun təsirlərini azaltmaq üçün 1 milyard ABŞ dolları borc alıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Bizə inanıb borc verənlərə təşəkkür edirəm. Hazırda turizm sektoru pandemiya fırtınası ilə mübarizə aparır”, - şirkətin baş direktoru Briyan Beski bildirib.
Borcu illik 10%-lə almış şirkət bu il səhmlərinin kütləvi tədavülünü planlaşdırsa da, mütəxəssislər hazırkı vəziyyətdə bunun mümkün olmadığını bildirirlər.