Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib

Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib
11:42 15 Aprel 2020
174 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin birinci rübündə Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Azərbaycan vətəndaşlarından biri 26-40 yaş qrupunda daxil olan qadın, digəri isə 41-65 yaş qrupuna daxil olan kişi olub.
Yanvar-mart aylarında qonşu ölkədən, ümumilikdə, 25 əcnəbi vətəndaş çıxarılıb. Gürcüstandan ən çox İran (5 nəfər), Kamerun (3 nəfər) və Türkiyə (3 nəfər) vətəndaşları deportasiya olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustandan-iki-azerbaycan-vetendasi-deportasiya-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR