Koronavirus laboratoriyadan sızıb? - ABŞ kəşfiyyat məlumatlarını AÇDI

Koronavirus laboratoriyadan sızıb? - ABŞ kəşfiyyat məlumatlarını AÇDI
11:43 15 Aprel 2020
191 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirusun təbii yolla ortaya çıxdığına dair əhəmiyyətli ölçüdə sübutlar var.

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi Mark Milli səsləndirib.

Müdafiə naziri Maek Esper ilə birgə mətbuat konfransı keçirən baş qərargah rəisi bildirib ki, kəşfiyyat mediada və bloqlarda koronavirusun laboratoriyadan çıxması ilə bağlı dərc olunan dedi-qodu və spekulyasiyaları analiz edib: “Bu iddialarla maraqlanmağımız sizə təəccüblü gəlməsin. Kəşfiyyat bu iddialara ciddi şəkildə yanaşır. Lakin bu mərhələdə virusun laboratoriyadan çıxması inandırıcı deyil. Təbii olduğunu göstərən sübutlar var, amma bundan da tam əmin ola bilmirik”.

Qeyd edək ki, bütün dünyaya yayılan koronavirusun Uhanda yarasaları analiz edən laboratoriyadan sızdığı iddia olunur. ABŞ kəşfiyyatının hələ 2 il əvvəl belə bir laboratoriyadan virus sızması ilə bağlı bilgi aldığı da bu iddialar arasındadır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/310828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR