"Status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq" - ŞƏRH

"Status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq" - ŞƏRH
11:53 15 Aprel 2020
159 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan işğal edilmiş ərazilərində baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, "seçki" şouları ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq: "Doğrudur, bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil.

Qondarma rejimin "seçki" oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pisləndi. İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən "seçki" oyunu təkrarlanır. Bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart "seçkiləri"nə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir. Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə nəticələnəcək".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR