Türkiyə-Suriya sərhədində yerləşən Hatayda zəlzələ olub.

Publika.az xəbər verir ki, Samandağ bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Sarsıntılar Adanada hiss edilib.

Zəlzələnin episentri 24 km dərinlikdə yerləşib.

Təbii Fəlakət və Fövqəladə Halları İdarə Mərkəzinin məlumatına görə, eyni bölgədə axşam saatlarında 4 bal gücündə zəlzələ olub.

Zümrüd