Azərbaycandan Gürcüstana 500 min metrlik növbəti tənzif partiyası çatdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xammal Gürcüstanda istehsal olunan tibbi maskalar üçün istifadə ediləcək: “Gürcüstanda tibbi maskaların istehsalını stimullaşdırmaq üçün ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə, ümumilikdə, 1 650 000 metrlik tənzif idxal olunub”.