Azərbaycan 5,9 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edib

Azərbaycan 5,9 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edib
14:37 15 Aprel 2020
204 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41,287 min ton həcmində azot gübrəsi ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5,901 mln. ABŞ dolları təşkil edib.
Azot gübrəsininin üç ayda qeyri-neft sektoru üzrə ixracda payı 1,38% olub.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycan-5-9-mln-abs-dollari-deyerinde-azot-gubresi-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR