ABŞ koronavirus günahkarını bu yolla axtarır - Rusiyadan İLGİNC AÇIQLAMA

ABŞ koronavirus günahkarını bu yolla axtarır - Rusiyadan İLGİNC AÇIQLAMA
14:38 15 Aprel 2020
178 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ üçün əhəmiyyətli olan öz məsumluqlarını sübut etmək üçün uydurma dəlillərlə günahkar tapmaqdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Donald Tramp Administrasiyasının BMT-nin Ümumdünya Səhiyyə Təşkilatına verdiyi maliyyə yardımını dayandırmaq qərarını tənqid edən Zaxarova TASS-a açıqlamasında bildirib ki, ABŞ siyasətçiləri daim günahkar birini tapıb.

“Hillari Klintonun son prezident seçkilərində məğlub olmasında Rusiyanı, ABŞ-dakı səhiyyə problemlərinə görə isə birbaşa Vladimir Putini günahlandırırlar. Onların prioriteti günahkar tapmaqdır”, - Zaxarova vurğulayıb.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov da rəsmi Vaşinqtonun qərarının son dərəcə narahatlıqverici olduğunu qeyd edib.

Əlavə edək ki, ABŞ Prezidenti Donald Tramp koronavirus böhranının pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair aparılacaq araşdırma yekunlaşana qədər təşkilata verilən 500 milyon dollar maliyyə yardımının dayandırılması barədə göstəriş verib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/310851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR