“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, martın 19-dan aprelin 14-nə qədər Ural neftinin orta ixrac qiyməti hər barel üçün 19 ABŞ dolları, hər ton üçün isə 138 ABŞ dolları təşkil edib. Buna görə də verginin azaldılmasına qərar verilib.
Xatırladaq ki, Rusiyanın vergi qanunvericiliyinə əsasən, əmtəə birjalarında neftin qiyməti azalanda neft şirkətlərinin federal büdcəyə ödədiyi vergi dərəcələri də müəyyən nisbətdə azaldılır.