Azərbaycanda karantin müddəti uzadılacaq ?-

Karantin rejiminin aprelin 20 dən sonra karantin müddətinin uzadılmasına ehtiyac var.

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinlap də çıxışı zamanı deyib.

O bildirib ki, karantin rejiminin yumşaldılmasına zərurət yaranıb.

"Ümumi vəziyyət onu göstərir ki, karantin rejiminin uzadılmasına zərurət var".

Onun sözlərinə görə, karantin rejiminin tədricən yumşaldılması üçün tədbirlər planı hazırlanır:

"Amma gedişatdan asılı olaraq, uzadılması ilə bağlı da müraciət edilməsi gözləniləndir. Ancaq karantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirləri laqeydliyə yol almamalıdır. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır.''

20 apreldən kontrollu şəkildə karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Amma karantin müddətinin uzadılmasına ehtiyac var. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq.

Ramin Bayramlı deyib ki, sağalmış şəxslərin yenidən koronavirusa yoluxması ilə bağlı araşdırmalar bunun mümkün olduğunu göstərir".

"Bu gün əldə olunmuş analizlərə görə, eynidən yoluxma baş verə bilər, amma xəstəlik yüngül keçirilə bilər. Amma virusun sonradan hansı mutasiyaya doğru gedəcəyini gələcək göstərəcək. Ona görə də heç kəsin arxayınlaşmaması lazımdır", - o bildirib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib ki karantin müddətinin bitməsi və ya uzadılması vəziyyətdən asılıdır.

O bildirib ki, məsələyə vaxtında ciddi yanaşıldığından bəzi ölkələrdəki kimi dəhşətli faktlar olmadı:

"Biz hələ də virusa qalib gəlməmişik. Mübarizə gedir və pozitiv nəticələr bizi ruhlandırmalıdır ki, bir az da cəhd etsək, vəziyyəti qaydasına düşər. Vəziyyətdən mərhələli çıxış sonrakı mərhələdədir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR