Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Parlamentinə aid binaların mətbəxləri evsizlər və tibb işçilərinə açılıb.

Publika.az xəbər verir ki, mətbəxlərdə gündə 1000 nəfərlik yemək hazırlanacağı bildirilib.

Yeməklərin paylanması isə bəzi qeyri-hökumət təşkilatlarına tapşırılıb. Bunun üçün parlamentə aid avtomobillər də istifadə ediləcək.

Qeyd edək ki, Avropa Parlamentinin əməkdaşları işlərini evdən davam etdirir.

Qurumun Brüsseldə 17 binası var.

Zümrüd