"Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür" deyə görüşdən sonra Karlsen açıqlama verib.
Firuzca kubokdan əlavə, 14 000 ABŞ dolları məbləğində pul mükafatına sahib olub.
Əlirza FiruzcaQeyd edək ki, Maqnus Karlsenin təşkil edəcəyi 250 000 ABŞ dolları mükafat fonduna malik onlayn şahmat turniri aprelin 18-də start götürəcək. 16 gün davam edəcək yarışa azərbaycanlı qrossmeysterlərdən heç kim qatılmayacaq. Əvəzində Karlsen 8 iştirakçı arasında Əlirza Firuzcaya da yer verib. Turnirin qalibi 70 000 ABŞ dolları qazanacaq.