“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb. Saxlanılan şəxslər İŞİD terror təşkilatının üzvləri olublar.
Qeyd olunub ki, Şimali Reyn-Vestfaliya Xüsusi Qüvvələri və Düsseldorf polisi cinayətkarları çərşənbə günü səhər Essen, Noys, Ziqen və Haynsberq saxlayıblar.
Bundan əlavə, şübhəli şəxslərin mənzillərində və Şimali Reyn-Vestfaliyadakı altı ərazidə axtarışlar aparılıb. Faktla bağlı cinayət işi başlanılıb.