Tramp: "Koronavirusa yoluxmanın pik nöqtəsi artıq keçib"
Paylaş
245 baxış·1 dəq oxu
ABŞ-da koronavirus infeksiyana yoluxmanın pik nöqtəsi artıq geridə qalıb və Ağ Ev məhdudiyyətləri aradan qaldırmaq üçün plan hazırlayır. “Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. “Biz bütün hallarda ayıq olmalıyıq. Strategiyamızın çox yaxşı işlədiyi aydındır.”, deyə o bildirib. Qeyd edək ki, Amerikada koronavirus 27 085 nəfərin həyatına son qoyub.