Milli Hokkey Liqasının oyunları yayda keçirilə bilər

Milli Hokkey Liqasının oyunları yayda keçirilə bilər
03:27 16 Aprel 2020
190 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Milli Hokkey Liqasının (NHL) komissarı Hari Bettman mövsümün nə vaxt bərpa oluna biləcəyi barədə danışıb.
“Report” xəbər verir ki, bu barədə NHL-nin rəsmi saytında məlumat yerləşdirilib.
“Yayda oynamağa başlaya bilərik. Əvvəla, insanlar üçün təhlükəsiz şərait yaratmaq lazımdır. Sağlamlığımızla risk etmək istəmirik”-deyə, Bettman bildirib.
Qeyd edək ki, dünyada davam edən koronavirus pandemiyası səbəbindən bir çox idman tədbirləri dayandırılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/milli-hokkey-liqasinin-oyunlari-yayda-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR