Polşada tibbi maska taxmaq məcburi elan edildi

Polşada tibbi maska taxmaq məcburi elan edildi
04:12 16 Aprel 2020
218 Digər
Ölkə mətbuatı
A- A+

Polşa hökuməti ölkə vətəndaşlarının ictimai yerlərdə mütləq tibbi maska taxması haqqında rəsmi qərar qəbul edib.
“Report” xəbər verir ki, bu gündən Polşada evdən çıxan bütün şəxslər tibbi maska taxmalı, üzlərini şarp və ya dəsmal ilə örtməlidirlər.
Qeyd olunub ki, üzün alt hissəsi koronavirusu başqalarına yoluxdurmamaq üçün bağlanmalıdır, çünki yoluxmuş insanda infeksiya əlamətləri olmaya bilər.
Dörd yaşdan kiçik uşaqlar istisna olmaqla, göstəriş hamıya şamil olunur. Qayda bütün ictimai yerlərdə: dükanlarda, kilsələrdə, kinoteatrlarda, məktəblərdə, ictimai nəqliyyatda, ofislərdə və istehsalatda, parklarda və bulvarlarda qüvvədədir.
Piyada, avtomobil və ya digər fərdi nəqliyyat vasitələri, velosiped və ya skuterlə hərəkət edərkən burun və ağız nahiyəsi örtülü olmalıdır.
Qeyd edək ki, Polşada 7 582 nəfər koronovirus daşıyıcısıdır. Bu günə kimi ölkədə 286 nəfər pandemiyanın qurbanı olub, 668 nəfər isə sağalıb. Hazırda 2 400-dən çox xəstə müalicə alır, təqribən 144 min insan ev karantindədir, 28 minə yaxın insan epidemioloji nəzarətdədir.
Son həftələr ərzində koronavirus üçün 150 mindən çox test edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polsada-tibbi-maska-taxmaq-mecburi-elan-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR