Bu ölkədə sadəcə 1 nəfər koronaya yoluxub - İLGİNC SƏBƏBLƏR

Bu ölkədə sadəcə 1 nəfər koronaya yoluxub - İLGİNC SƏBƏBLƏR
09:33 16 Aprel 2020
207 Digər
Ölkə mətbuatı
A- A+

Qızdırma və vəba kimi epidemiyalarının yayıldığı, minlərlə insanın infeksiyadan öldüyü Yəməndə bu günə qədər sadəcə 1 koronavirusa yolxuma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu fakt bütün dünyanın marağını cəlb edir.

Yəmənli həkim Amal Naqi bu durumu belə izah edib: “Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn kimi ölkələrdə hər gün yoluxma faktları artır. Bizdə gözlə görüləcək dərəcədə belə artım yoxdur. Çünki xəstəxana və tibb mərkəzləri şiddətli bombardmana məruz qaldı. Bir qismi hərbi baza kimi istifadə edilir. Dolayısı ilə ölkə koronavirus xəstəliyini təsbit edəcək sağlamlıq sistemindən kasaddır.

Bundan başqa 2015-ci ildən bəri davam edən vətəndaş müharibəsində bütün hava limanları zərər görüb. Açıq qalanlar isə məhdud şəkildə işləyir. Xaricdən bizə koronavirusa yoluxmuş insan axını gələ bilməz. Yəni ölkədə, onsuz da, bir karantin var. Buna görə də yoluxma faktları az olacaq”.

Həkimin sözlərinə görə, koronavirusun geniş yayılmamasınnın başqa bir səbəbi də var: “Epidemiyalara qarşı immunitetimiz ola bilər. Burada insanlar vəba, qızdırma, tifo kimi xəstəliklərdən əziyyət çəkir. Xalq bu xəstəliklərlə özü mübarizə aparır. Bədənləri bu viruslara qarşı antikor ifraz edir. Bu da immun sisteminə faydalıdır. Lakin bu tezislə bağlı əlimizdə fakt yoxdur”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/310926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR