“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.
Beləliklə, ölkədə qeydə alınan koronavirus hallarının sayı 130 450 nəfərə çatıb.
Bildirilib ki, ölənlərin sayı daha 315 nəfər artaraq 3 569-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 090 nəfəri sağalıb, 134 669 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.