Azərbaycan Hərbi Hava Qüvvələrində taktiki-xüsusi məşqlər keçirilib -

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Metbuat.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR