Bakıda qəza törədib hadisə yerindən qaçan sürücü tutuldu

Bakıda qəza törədib hadisə yerindən qaçan sürücü tutuldu
21:05 17 Aprel 2020
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Vlasova vurulub və o, xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "KİA" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR