İnkişaf etmiş Avropa ölkələri belə bu göstəricidə Azərbaycandan geridir - DEPUTAT

İnkişaf etmiş Avropa ölkələri belə bu göstəricidə Azərbaycandan geridir - DEPUTAT
10:43 19 Aprel 2020
222 Digər
Ölkə mətbuatı
A- A+

"Hesab edirəm ki, aparılan siyasət koronavirusa qısa müddətdə qalib gəlməyə imkan verəcək".

Bunu Publika.az-a açıqlamasında Azərbaycanda koronavirusla mübarizə çərçivəsində aparılan işləri şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanda koronavirusla qarşı aparılan fəaliyyəti yüksək qiymətləndirirəm: "Zamanında Azərbaycanın digər ölkələrlə sərhədlərini bağlaması və xaricdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsi üçün bütün imkanların səfərbər edilməsi öz nəticələrini verdi. Sosial izolyasiya tədbirləri, koronavirusla bağlı maariflənmə işləri və çoxsaylı testlərin aparılması koronavirus xəstələrinin aşkar olunmasına və onların müalicəsinə başlamasına imkan verdi. Bunun nəticəsidir ki, hər bir milyon nəfərə düşən xəstələrin sayına görə Azərbaycan əlverişli yerdədir. Eyni zamanda xəstələrin təqribən 42%-i artıq sağalıb. Bu, təbii ki, yüksək göstəricidir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə bu göstəricilər yox səviyyəsindədir. Müalicə sırf dövlət hesabına aparılır. Hər hansısa vətəndaşın bu məsələdə bir manat da olsun xərci çıxmır. Dezinfeksiya və sanitar işlərin aparılması da dövlət hesabınadır".

A.Mirzəzadə sosial paketlərlə bağlı məsələyə olan münasibətini belə ifadə edib: "İnsanların evlərində izolyasiya olunması bir çoxunun gündəlik gəlirdən məhrum olmasına gətirib, çıxarır. Ona görə də cənab Prezidentin tapşırığı ilə işsizlər qeydiyyata alındı və onların hər birinə aylıq 190 manat vəsait ödənildi. Sosial paket əvvəllər 200 min nəfəri əhatə edirdisə, artıq bu rəqəm 600 min nəfərə çatdırıldı. Yəni vəsait 3 dəfə artırıldı. Eyni zamanda gözlənilir ki, xüsusi karantin rejimi yenidən uzadılsın. Çünki bu xəstəliyin tam olaraq Azərbaycandan kökü kəsilməyib. Ona görə də gələn ay da onlar bu yardımı alacaqlar. Həmçinin bu situasiyada biznes strukturları, iş adamları, xüsusilə də xırda bizneslə məşğul olanlar böyük itkilərə məruz qaldılar. Onlara dəstək üçün dövlət tərəfindən ciddi addımlar atılır. Hər bir Azərbaycan vətəndaşı bu gün diqqətdədir.

Qeyd edim ki, cənab Prezidentin çağırışlarını dəstəkləyərək, çox sayda insan öz şəxsi vəsaitləri hesabına bu gün çətin vəziyyətdə olan insanlara ərzaq yardımı edir. Cənab Prezident bundan məmnun olduğunu bildirərək, həmin insanlarea təşəkkürünü bildirdi. Bu, Azərbaycan xalqınn xarakteridir və cənab Prezidentin siyasətini dəstəkləməsinin göstəricisidir. Hesab edirəm ki, aparılan siyasət koronavirusa qısa müddətdə qalib gəlməyə imkan verəcək".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR