Heç bir əlaməti olmayan koronavirus daşıyıcılarını “peyvənd” adlandırdı

Heç bir əlaməti olmayan koronavirus daşıyıcılarını “peyvənd” adlandırdı
10:38 20 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki Feliks Yerşov “NSN”-nin efirində xəstəliyi asimptomatik olan koronavirusa yoluxmuş insanların faydaları barədə danışıb.

Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, virusu yaymaqla belə insanlar peyvəndin yerinə yetirməli olduğu işi edirlər. “Kollektiv immunizasiya var. 70 faizə çatdıqda xəstəliyin böyüməsi sona çatacaq. Bu proses viral infeksiyalar arasında yaxşı bilinir”, - deyə əlavə edib.

Yerşov bu cür xəstələri asimptomatik xəstələr deyil, sağlam infeksiyanın daşıyıcısı hesab etdiyini qeyd edib: “Onların sayı çoxdur, Rusiyada 50 faizdir. Əsasən gənclər və uşaqlardıe”.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/311304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR