İnternetin kəsilmə səbəbi açıqlandı -

“Ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq internetə olan tələbat bir neçə dəfə artıb. Bunu nəzərə alaraq “Delta Telekom” tərəfindən yaranmış tələbatın ödənməsi üçün provayderlərin trafiki artırılıb. Bu isə bütün istiqamətlərdə ehtiyat (rezerv) xətlərdən istifadə olunmasına, eləcə də normadan artıq yüklənmələrə səbəb olur”.

Bu barədə Metbuat.az-a “Delta Telekom”dan verilən açıqlamada bildirilib.

Məlumatda qeyd edilib ki, yüklənmələr və baş verə biləcək neqativ halların vaxtında qarşısının alınması məqsədilə əməkdaşlarımız karantin rejiminin tələblərinə əməl etməklə 7/24 rejimində fəaliyyət göstərirlər:

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif təşkilatlar (yol tikinti, ekologiya və s.) tərəfindən aparılan qazıntı işləri zamanı ehtiyatsızlıq nətisində optik kabellərin zədələnməsi internetin verilməsində ciddi sıxıntı yaradır. Rezerv xətlərin yüklənməsi isə işləri daha da çətinləşdirir. Bu gün Bakı şəhərində əsən güclü küləyin fəsadlarının qarşısının allnması məqsədi ilə aidiyyəti orqanlar tərəfindən yaşıllıqlarda aparılan profilaktik tədbirlər zamanı yeraltı optik kabel zədələnib. Dərhal həmin trafikdə sıxlıq yaranıb. Əməkdaşlarımız bəzi ərazilərdə internetdə donma və kəsinti kimi hallar müşahidə ediblər”.

“Əməkdaşlarımız tərəfindən kabelin tam bərpa olunması istiqamətində işlər həyata keçirilir. Ən qısa zamanda işlər yekunlaşacaq. Bir daha qazıntı işləri ilə məşğul olan təşkilatların nümayəndələrinin nəzərinə çatdırırıq ki, bu işlər zamanı ehtiyatlı olsunlar”, - deyə şirkətdən qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR