''Karantindən sonra diqqət edilməzsə böyük yoluxmalara gətirib çıxara bilər'' -

“Əgər COVID-19 ilə bağlı Azərbaycandakı ümumi vəziyyəti dəyərləndirsək və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi rəsmi statistikalara əsaslansaq, bir neçə gündən sonra Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi şərtlərinin bir az yüngülləşməsini gözləmək olar.''

Metbuat.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, əgər ÜST-ün bəyan etdiyi kimi Azərbaycanda ilk yoluxma halı fevralın sonu qeydə alınıbsa, xüsusi rejimin şərtlərinin bir az yüngülləşməsi zamanı diqqət edilməli məsələlərdən birincisi yenidən yoluxmaların sayının kəskin şəkildə artmasının baş verə bilmə ehtimalıdır:


''Artıq Almaniyada da az-az yüngülləşmələrin tətbiq olunmasına başlanılır. Amma burda bir neçə incə məsələyə ciddi yanaşmamaq Azərbaycanda böyük yoluxmalara gətirib çıxara bilər ki, nəticə etibarı ilə də səhiyyə sisteminin o xəstələrə eyni zamanda göstərəcəyi xidmət istənilən səviyyədə olmaya bilər”.

Onun sözlərinə görə,mütləq əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.

“Bunun üçün də o qərarlardan öncə mütləq əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır ki, bu şərtlərin yüngülləşməsi vacib olan gigiyenik tələblərə daha əməl etməmək demək deyil, tam əksinə, artıq daha məsuliyyətli şəkildə əməl etmək deməkdir ki, bu tələblərə də məsafənin saxlanılması, müəyyən şəraitlərdə maskalardan düzgün istifadə və əllərin həmişə təmiz saxlanılması başçılıq edir. Bu zaman çərçivəsində özündə xəstəliyin müvafiq simptomlarını hiss edən insanlara ilk növbədə evdə qalmaqlarının önəmli olması, həkimə isə hərarət, nəfəs darlığı və başqa ağır simptomlarda müraciət etmələrinin vacibliyi izah olunmalıdır.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR