Koronavirus xəstələri mobil telefondan izləniləcək

İngiltərədə koronavirus xəstələrinin izləmək məqsədi ilə mobil tətbiqdən istifadə olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə hökümət kabinetinin naziri Mayk Qov açıqlama verib. O bildirib ki, izləmə proqramı bu həftədən Vayt adasında sınaqdan keçiriləcək:

"Bu həftə sistemi Vayt adasında test edəcəyik. Daha sonra qarşıdakı aylarda bütün ölkəyə yaymağı düşünürük".

Qeyd edək ki, İngiltərədə koronavirusa 186 mindən çox yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 28 mindir.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR