Karantin rejimini pozanlar üçün cərimələrin miqdarı artırılacaqmı? -

Son günlər vətəndaşlarımız cərimələrin tətbiq olunmasına baxmayaraq sosial məsasfəni gözləmir və qaydaları ciddi şəkildə pozurlar.

Bəs karantin rejimini pozanlar üçün cərimələrin miqdarı artırılacaqmı?

Metbuat.az xəbər verir ki, milli Məclisin deputatı Elman Məmmədov deyir ki, cərimələrin həddi inzibati məcəllədə artıq müəyyən olunub:

"Arzu etməzdim ki, bu gərgin vaxtda kiməsə cərimə yazılsın. Ancaq cərimə olunmamaq üçün də təbii ki, gərək qayda-qanunu pozmayaq. Əgər karantin qaydaları pozulubsa, müvafiq qaydada cərimə tətbiq olunacaq. Kimsə ümid edir ki, bu cərimələr ödənməyəcək və yaxud cəza tətbiq olunmayacaq, xeyir, elə bir şey yoxdur. Qayda-qanunu pozaraq cərimə olunan hər kəs cəriməsini ödəməlidir. Qaydalara əməl etmək bizim öz xeyrimizədir, həyatda sağ qalmağımız üçündür".

Deputat sonxeber.az-a müsahibəsində bildirib ki, cərimələrin məbləği normadadır, yəni, kifayət qədərdir.

Təbii ki, cəriməni artırmağın da tərəfdarı deyiləm. Bəzən düşünürük ki, cərimələr yüksək olsa vətəndaşlar çəkinib qayda-qanuna daha yaxşı əməl edəcək. Mən belə hesab edirəm ki, inzibatçılıq, cərimə etməklə, cəza verməklə tərbiyyə olunmaq o qədər də məqsədəuyğun deyil. Bu qayda-qanunlar bizim üçündür. Dövlətimiz əlindən gələn hər şeyi edir ki, biz bu xəstəliyə yoluxmayaq. Bunun müqabiləndə isə özümüzü ərköyün uşaq, laqeyid, etinasız aparırıq. Kimə nə edirik bununla? Əlbəttə, ki, özümüzü təhlükəyə atırıq. Dövlət vətəndaşlarının sağlamlığı üçün bu qədər tədbirlər həyata keçirir. Dünya ölkələri sırasında pandemiyadan ən az itki ilə çıxa bilmişik. Son günlər yumuşaldılmalar olub və dünənki nəticədə 121 nəfər virusa yoluxduğu bildirilib. Yəni, bundan da pis ola bilər. Əgər izolyasiya qaydalarına əməl etməsək, nəticələrin daha ağır olacağı görünür. Heç kim arxayın olmasın ki, mənə heç bir şey olmaz. Arxayınlaşmaq fəlakətə gətirib çıxara bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR