Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxs bu imiş -

"Zeynəb Xanlarova haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi bloger Orxan Ağayevdir".

Metbuat.az xəbər verir ki, bu sözləri Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.

Mehriban Xanlarova məlumatı yayan blogeri hədələyib:

"Buradan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimi qeybət edərək, artıq-əskik danışmağı özünə kişilik bilmə. Cəsarətin çatırsa, gəl Bakıya. Mən səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik, Aslan kimdi, Çaqqal kimdi. Səni Bakıda gözləyirəm.."



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR