​"Formula 1" üzrə virtual dünya çempionatının növbəti mərhələsinin keçiriləcəyi yer müəyyənləşib

"Formula 1" üzrə virtual dünya çempionatının növbəti mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.

Metbuat.az xəbər verir ki, "Playstation 4" oyun konsolunda gerçəkləşdirilən yarışın qarşıdakı Qran-prisi iyunun 7-də Bakı küçələrində təşkil olunacaq.

Bu mərhələ "Formula 1"də cari mövsümün startına, yəni, iyulun 5-dəki Avstriya Qran-prisinədək davam edəcək.

Qeyd edək ki, virtual dünya çempionatının son mərhələsi Monakoda keçirilib. Həmin Qran-prinin qalibi britaniyalı Corc Rassel ("Williams") olub. Yarışda peşəkar sürücülərlə yanaşı, İspaniyanın "Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua, İngiltərə "Arsenal"ının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq kimi məşhur futbolçular da qüvvəsini sınayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR