Maşınlardan oğurluq edən 4 nəfər saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun “Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Novruzovun “Toyota” markalı avtomobilindən 100 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Gözəlov saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR