Pandemiyanın iqtisadiyyata təsiri ilə necə mübarizə aparıla bilər? -

Ötən ay “Bloomberg”-in rəsmi açıqlamalarına əsasən yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən dünya iqtisadiyyatına 2 il ərzində 5 trln. ABŞ dollardan çox olacaq zərər dəyəcək. Asiya İnkişaf Bankının hesablamalarına əsasən isə koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itkiyə məruz qala bilər. Bu da qlobal ümumdaxili məhsulun 6,4-9,7 faizinə bərabərdir.

Bəs pandemiya dövründə zərər görmüş iqtisadiyyatın yenidən dirçəldilməsi üçün hansı addımlar atıla bilər?

Bu barədə Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov deyir ki, Covid-19 pandemiyasının iqtisadiyyata olan təsirindən əlavə olaraq virusun insan həyatına olan təsiri nəzərə alınmalıdır.

“Covid-19 pandemiyası İkinci Dünya Müharibəsindən sonra bəşəriyyət üçün ən ağır zərbə oldu. Onun bütün dünya iqtisadiyyatına vurduğu ziyanı gözardı etmək mümkün deyil. Dünyanı sarsmış olan hal-hazırki vəziyyət post-pandemiya dövründə iqitisadiyyatın strukturunun yenilənməsini tələb edir. Bunda isə əsas güc iqtisadiyatda başlıca rola sahib olan bank sektorunun üzərinə düşür ki, burada da bank segmentinin sağlamlaşdırılması əsas mövzuya çevrilir.

Bank sektorunun restrukturizasiyası hər ölkənin bazar tələblərinə uğun sayda bankların olmasını şərtləndirir.

Pandemiya və post-pandemiya ve hətta sonrakı dövürlərdə bankların konsolidasiyası ve geniş maliyyə inistutlarına çevrilməsi baş verə bilər. Amma bu öz növbəsində kapital bazarlarla və iqtisadiyyatın inkişafı ilə bir başa əlaqəlidir. ”

Murad Calalov bildirdi ki, Avropa Mərkəzi Bankınının (AMB) bu vəziyyətlə bağlı mövqeyi müsbət dəyişikliklər yönümündədir.

“AMB-nın prezidenti Christine Lagarde öz çıxışında da pandemiyaya görə karantin rejimi dünya iqtisadiyyatının gerilətdiyini ve vəziyyətin qeyri-müəyyən olduğunu söyləyib. O həmçinin bildirib ki, yeni uzunmüddətli pandemiya yenidən maliyələşdirmə proqramını başlatmağı qərara alıblar.

Bu əməliyyatlar avro bölgəsinin maliyyə sisteminə likvidlik dəstəyi verəcək. 2020-ci ilin martından bəri davam etdirilən uzunmüddətli yenidən maliyyələşdirmə əməliyyatları sona çatdıqdan sonra effektiv dayaq təmin etməklə kapital bazarlarının düzgün işləməsini təmin edəcəkdir. ”

Bəs mövcud vəziyyət ilə bağlı Azərbaycan iqtisadiyyatının hazır ki, durumunu necə qiymətləndirirsiniz?

Azərbaycan Mərkəzi Bankının pandemiya dövründə atdığı addımların davamı necə ola bilər?

“AMB mövcud iqtisadi vəziyyəti kontrolda saxlamaq üçün ilk öncə hədəf kimi iqtisadi artımı canlandırmağı önə çəkib. Və bununla da faiz dərəcələrini sıfır səviyyəsinə endirib. Bu manitar genişləndirməni davam etdirməyə əsas verən səbəblərdən ən başlıcası, AMB-ın infilyasiya səviyyəsinin hələ pandemiyadan əvvəlki dövürdən bəri sabit saxlaya bilməsidir.

Çünki digər MB-lar kimi AMB-nın da əsas vəzifəsi qiymət sabitliyini qorumaqdır. Bu, orta müddətli dövrdə illik istehlak qiymətlərinin uyğunlaşdırılmış indeksi inflyasiya səviyyəsini 2% -dən aşağı olaraq təyin edir.
Mənim fikrimcə ölkədə iqtisadi artımı canlandırmaq və infilyasiyanı uzun müddətli dövür ərzində ən azı sabit saxlamaq üçün, MB faiz dərəcələrini aşağı salmalıdır.

Düzdür, indiki vəziyyət üçün bu o qədər də real görsənmir. Son göstəricilərə görə ARMB-nın faiz dərəcəsi təqribi olaraq 7,25 faizdir. Əslində inkişaf etmiş ölkələrdə faiz dərəcələri sıfır faizdən yuxarı olur, amma yenə də ARMB-ı yerli kommersiya banklarının bu civardan yüksək faiz dərəcələrinin tətbiqinin qarşısını alsa daha effektiv nəticələr əldə etmək olar deyə düşünürəm. Buna baxmayaraq bu məsuliyyətin hamısını MB-ın üzərinə atmaq da düzgün olmazdı. Buna təsir edən bir çox başqa amillər də var.’’

İqtisadçı ekspert Murad Calalov bildirdi ki, həmin amillər dedikdə bank-kredit münasibətlərində insanların düşüncə faktorunu vurğulamaq lazımdır. Ölkədə son dövürlərdə təəssüf olsun ki, insanlar müxtəlif sahələrə investisiya etməkdən çox, pullarını banklara depozit şəklində yatırmağa önəm verirlər .

''İnsanlarda biznes kreditlərindən daha çox istehlak kreditlərinə maraq var. Nədənsə valideyinlər ya özləri, ya da övladları üçün “start-up” adlandırılan kiçik bizneslərin reallaşdırılması, ya övladlarına dəstək kimi təhsilin artırılması üçün yatırımların edilməsinə deyil, daha çox yüksək məbləğdə olan toy məsrəflərini qarşılamaq, evlərin təmir olunması və bu kimi başqa külli miqdarda istehlak kreditlərinin götürülməsinə üstünlük verirlər.

Banklar insanların bu yöndə olan tələblərini nəzərə alaraq istehlak kredit təkliflərini daha da sadələşdirirlər.

Bununla da ölkədə iqtisadi artım ləngiyir və pul „ölü pul”a çevrilir. Bele kreditlərin geri qaytarılması banklar üçün də risklidir.

Ölkədə sahibkarlığa ayrılan diqqəti nəzərə alsaq, insanların biznes kreditlərinə yönəlməsi və öz növbəsində bankların biznes kreditlərini artırıb və şərtlərini sadələşdirməsi daha məqsədə uyğun olardı. Bu da öz növbəsində sahibkarlığın inkişafına, banklarla pul dövriyyəsinə və əsas da iqtisadi canlanmaya çox müsbət təsir edərdi.’’

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR