Koronavirusdan ölən Teymur əminin yaxınları

"Teymur Mustafayev koronavirus səbəbi ilə dünyasını dəyişib".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçdiyi brifinqdə deyib.

Həkim qaydaya əsasən mərhum Xalq artistinin yaxınlarının da nəzarətə götürüldüyünü bildirib:

"Koronavirus biz insanların hansı bir vəzifəsinə, mənsubiyyətinə baxmır. Ona hər iki ağciyərin ciddi bir sətəlcəmi dioqnozu qoyulmuşdu. Reanimasiyada gündəlik mücadilə aparılmasına baxmayaraq vəziyyəti çox kritik idi. Bütün koronavirusdan vəfat edən insanların yaxınlarına, onunla təmas edən insanlar, ümumiyyətlə koronavirus testi pozitiv çıxan şəxslərin yaxınları mütləq qaydada nəzarətə götürülüb. Onlarda hər hansı bir əlamətlərin baş verməsi təqdirində mütləq "103" xidmətinə xəbər verilməsi xahiş olunur. Çünki xəstəlik gecikmiş formada olduğu halda həkimlərin də həmin insanı həyata qaytarmaq üçün cəhdləri fayda verməyə bilər".

Qeyd edək ki, Xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb: "Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın".

Məlumat üçün bildirək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR