"İndi yas yerinə getmək haramdır" -

Özünün və yaxınlarının həyatını riskə ataraq yas mərasimlərində iştirak etmək nəinki savab deyil, hətta haram sayıla bilər.

Metbuat.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli yas yerlərind koronavirusun yayılması haqda danışarkən deyib. O, Musavat.com-a bildirib ki, bir insan başqasını yoluxdura biləcəyi və ya özü yoluxa biləcəyi bir yerə gedirsə, onun orada iştirakı dini baxımdan da haramdır:

“Quranda açıq-aşkar ayə var və orada da bildirilir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

Din xadimi hesab edir ki, həm dünyasını dəyişən insanın ailəsi, həm də o məclisdə iştirak edən insanlar məsuliyyətli olmalıdır:

“Bu məsələləri insanlara təkcə inzibati yollarla yox, maarifləndirmə yolu ilə çatdırmaq lazımdır. Bu mənada din xadimləri fəal olmalıdırlar. Xüsusilə də dəfn mərasimində iştirak edən din xadimlərinə Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, bu məsələlərlə bağlı insanlara mövqelərini bildirsinlər, insanları həmin mərasimlərdə iştirak etməkdən çəkindirsinlər”. /Axar.az/


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR