SON DƏQİQƏ: Bir evdə başlayan yanğını külək yaydı, kənddə onlarla ev yanır

Türkiyənin Artvin vilayətindəki Səhləpçilər kəndində yanğın meydana gəlib.

Metbuat.az xəbər verir ki, 10-dan çox evdə hal-hazırda yanğın davam edir. Hadisə nəticəsində ölənlərin olub olmaması ilə bağlı hələki məlumat verilməyib. Yanğının başlamasına səbəb isə külək olub. Bir evin damında bilinməyən səbəbdən başlayan yanğın bütün kəndə yayılıb.

Hal-hazırda yanğın söndürmə əməliyyatları davam etdirilir.

Mənbə: Sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR