Daha bir vəzifəli şəxs koronavirusdan öldü -

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVİD-19 virusundan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.


Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib:

"Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR