Qubada güclü sel:

Güclü yağış nəticəsində Qudyalçay, Qaraçay, Ağçay, Vəlvələçay və Cağacıq çaylarında yaranan sel Quba rayonunda bir sıra fəsadlar törədib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, çaylara gələn sel rayonun Buduq, Dalıqaya, Söhüb, Çiçi, Bostankeş, Qalaxudat, Xaltan, Yerfi, Xanəgah və başqa kəndlərində yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna ciddi ziyan vurub.

Xanəgah kəndində Cağacıq çayı üzərindəki yeni avtomobil körpüləri selin təsirindən yararsız vəziyyətə düşüb. Bundan başqa, Qaraçay üzərində Birinci və İkinci Nügədi kəndləri arasındakı körpü də qəzalı vəziyyət düşüb. Sel bəzi kəndlərdə iribuynuzlu heyvanları, arı yeşiklərini, ot tayalarını aparıb, bəzi istirahət mərkəzlərinə də ziyan vurub.
Yerli sakinlər sonuncu dəfə belə güclü selin 1967-ci ildə müşahidə edildiyini söyləyiblər.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri selin ziyan vurduğu ərazilərə baxış keçirib. Fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR