Təcili İŞİD toplantısı

Təcili İŞİD toplantısı
07:06 18 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Con Kerri çərşənbə axşamı Filip Hammondla görüşəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri ingiltərəli həmkarı Filip Hammond, eləcə də İŞİD-ə qarşı beynəlxalq koalissiyaya daxil olan ölkələrin xarici işlər nazirləri yanvarın 22-də – çərşənbə axşamı Londonda bir araya gələcək. Bu barədə “AFP” ingilis nümayəndələrə istinadən xəbər yayıb.

Təxminən 20 ölkənin iştirak edəcəyi gözlənilən toplantı bir gün davam edəcək. Burada, İŞİD terror qruplaşmasına qarşı mübarizədə əldə edilən irəliləyiş və görüləcək işlər, yeni həmlələr müzakirə ediləcək.

“İŞİD-in zəhərli ideologiyasına qarşı ortaq səylərimizi və bu vaxta qədər etdiklərimizi dəyərləndirmək üçün vacib bir fürsətdir” – deyə İngiltərə xarici işlər naziri Filip Hammond “Daily Telegraph” qəzetinə açıqlamasında bildirib.

Bundan başqa, ingilis nazir İŞİD-in maliyyə mənbələrini və əcnəbi döyüşçüləri cəlb etməsi məsələsini də müzakirə edəcəklərini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR