Məktəbəhazırlıq qruplarına qəbul zamanı bu uşaqlara üstünlük veriləcək

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR