Göyçayda nişanlı qızın cehizləri oğurlandı

Göyçay şəhər sakini Teyyub Nuriyev Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri 2 min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlaması barədə məlumat verib.

Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Elxan Məlikovu saxlayaraq istintaqa təhvil veriblər.

Saxlanılan törətdiyi əməli etiraf edib. Lakin maraqlı məqam odur ki, o, əməlindən peşman olmadığını bildirib.

Araşdırmalarla Elxan Məlikovun oğurladığı əşyaların bir hissəsini Göyçayda, bir hissəsini isə Yevlax sakinlərinə satdığı məlum olub. Qalan əşyalar maddi subut kimi götürülüb.

Qeyd edək ki, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantin rejiminə görə, nişanlı qızın toy mərasimi təxirə salınıb. Bu səbəbdəndə cehizlər evdə hazır vəziyyətdə bağlamalara yığılmış formada saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR