Minik avtomobilərinin özgəninkiləşdirilməsi qaydası dəyişdirilir

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Metbuat.az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik məsələsi müzakirə edilib.

Komitə sədri Tahir Mirkişili bildirib ki, qüvvədə olan qanuna əsasən, hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu hal istisna ilə minik avtomobilləri üçün dövlət rüsumunun məbləği 10 manat olub.

Bununal bağlı təqdim edilən yeni təklif qanun layihəsinin 18.65.3-1-ci bəndinə edilib. Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.

Komitə sədri onu da əlavə edib ki, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunub:
"Bu, ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq. Eyni zamanda minik avtomobillərinin yaxın qohumlara (ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halı ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda isə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR