Gürcüstanın turizm gəlirləri kəskin azaldı

Cari ilin 8 ayı ərzində Gürcüstanın turizmdən əldə etdiyi gəlirlər 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 78 faiz azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası ölkə iqtisadiyyatının ən çox turizm sektoruna ziyan vurub. Turizm sahəsindəki itkilərin həcmi 1,8 milyard ABŞ dollarına yaxındır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR