Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir".