x
Loading...

“Qardaşın qardaşa kömək etməsinə heç kim mane ola bilməz”- Türk politoloqdan SƏRT AÇIQLAMA

.

“63 yaşım var, amma məmnuniyyətlə Azərbaycanla sərhəddə könüllü əsgər olacağam. Nazirlik mənə təşəkkür etdi və ehtiyaclarının olmadığını bildirdi. Qardaşının qardaşına kömək etməsinə kim mane ola bilər? ”

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində sosial elmlər üzrə Türkiyəli ekspert Mətin Yıldırım bildirdi. Ekspertin müsahibəsini təqdim edirik:

Hörmətli Mətin bəy! Ermənistanın dövlətçilik ideologiyasının mahiyyətini nə təşkil edir?

“İlk öncə qeyd edim ki, Türk dünyası arasında bir tıxac rolunu oynayan Ermənistanın dövlət quruluşunda məqsəd olduqda türklərə hücum etmək, türkləri öldürmək və ya köç etməyə məcbur etmək siyasətidir. Ermənistan bir layihə dövlətidir. Xüsusi olaraq qlobal imperializmin hədəflərinə çatmaq üçün yaradılmışdır. ”

Çar dövründə başlayan bu layihə, Stalin dövründə daha şüurlu şəkildə davam etdirildi.

Türk vətəni İrəvana yerləşdirilən ermənilərin sərhədi İrana qədər uzandı və xüsusilə Türk dünyasını əhatə edirdi. İstanbuldan Çin səddinə avtomobil yolu ilə getmək mümkün olsa da, erməniləri xəncər kimi türk dünyasının qəlbinə saldılar və türklər bir-birləri ilə əlaqələrini itirdilər. Daha sonra Azərbaycan torpaqları işğal edildi və Zəngəzur ərazisi genişləndirildi.

İllərdir işğal altında olan Türk ərazilərini tərk etməli olan Ermənistan, həyasızcasına davranaraq atəşkəsi pozdu və mülki yaşayış məntəqələrinə atəş açdı.

Ermənistan burada qərar verən deyil; Rusiya, Fransa və digər qərb dövlətləri Ermənistanı idarə edir.

- Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı 30 ildir başlayan və son dörd gündə daha intensiv xarakterli cəbhədə davam edən haqlı mübarizəsini necə qiymətləndirirsiniz?

Azərbaycan ərazisində baş verən qarşıdurmaları "döyüş" hesab etmirəm. Çünki müharibə iki dövlət arasında baş verir. Müharibənin də müəyyən qaydaları var. Məsələn, dövlətlər arasında olan qarşıdurma zamanı uşaqlar, ağsaqqallar,qadınları və əsirlər öldürülmür.

Halbuki Ermənistan uşaqları və qocaları öldürür. Mülki yaşayış məntəqələrini atəşə tutur.

Buna görə də Ermənistan bir dövlət deyil. Ən yaxşı halda terrorçuların toplandığı qanunsuz bir təşkilat ola bilər. Bunu Asalanın özü və ya onun varisi kimi düşünə bilərik.

- BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirildi. Qəbul edilən qərar Ermənistanın azğın siyasətinə haqq qazandırmaq sayılmazmı?


“Ermənistandan bugün alınan qərarlardan daha əvvəl BMT tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin niyə yerinə yetirilmədiyini soruşmalarını gözləyərdim.

Lakin BMT qərarlarının qərəzli olduğunu hamımız bilirik.

"Atəşkəs" çağırışı edirlər. Halbuki, Ermənistana "İşğal etdiyiniz torpaqlardan dərhal çəkin!" deməlidirlər. Terrorist erməniləri öz ərazilərində zərərsizləşdirmək Azərbaycanın qanuni haqqıdır. Bu qərar ləğv edilməməlidir.

Lazım gələrsə, qiymət ömürlə ödənilməlidir. Çünki vətən uğrund ölmək üçün risk etməyənlər onların vətəni ola bilməzlər. Bu gün, şükürlər olsun ki, bütün azərbaycanlı kişilər, qadınlar, gənclər vətən uğrunda canlarından keçməyə hazırdırlar. Heç bir terrorçu dövlət bu qətiyyətli mövqenin qarşısında dura bilməz.

Nəticədə terrorçu Ermənistan dövləti Azərbaycan torpaqlarını tərk etməli olacaq.

Türkiyənin Azərbaycana hərbi köməy edəcəyi düşüncəsi bütün ermənilərin yuxusunu qaçırır. Azərbaycan öz maddi imkanları ilə Türkiyədən, Rusiyadan, İsrail və ya digər ölkələrdən silah ala bilər.

Bunu qadağan edən bir qərar yoxdur. Ermənilər Azərbaycanın əldə etdiyi hərbi gücdən təəccüblənirlər. Buna görə nə edəcəklərini və nə söylədiklərini bilmirlər. Azərbaycan torpaqları bütün türklərin şərəfi sayılır. Mən hətta o torpaqları xilas etmək üçün iki dəfə Müdafiə Nazirliyinə müraciət etdim.

Birinci Dünya Müharibəsində Azərbaycanın Türkiyəyə kömək etməsini unutmayaq. Lakin, hazırda Azərbaycanın köməyə ehtiyacı yoxdur. Türkiyədən heç bir kömək istəmədi. Ancaq bilirik ki, Ermənistan dövləti özü kimi terrorçu olan üç yüz PKK üzvünü cəbhəyə göndərdi.

Biz ürəyimizdə Azərbaycanın yanındayıq. Torpaqlarımızın azad olunmasını həyəcanla görmək istəyirik. Gözləyirik, Azərbaycan ordusuna etibar edirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

QƏZAMIZ MÜBARƏK OLSUN!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR