Ermənistanın Ordubada raket endirməsində məqsəd NƏDİR? -

"Ermənistanın Naxçıvan MR Ordubad rayonuna raket zərbəsi endirməsi əsasən, Türkiyə-Rusiya arasında danışıqların pozulmasına xidmət edir''.

Metbuat.az xəbər verir ki, bu fikirləri açıqlamasında Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə bu təxribat həm də Qars müqaviləsinin müddəalarına ziddir.

''Rəsmi Yerevan çalışır ki, Ankara-Moskva qarşıdurması baş versin. Bu siyasət Rusiyanı provakasiyaya çəkməkdir və Kreml rəhbərliyi Paşinyanın bu avantürist siyasətinə getməyəcək.

Rusiya məhz Qarabağ və Ermənistana endirilən zərbələrlə bağlı Ankara ilə konfontrasiyaya getməsi özünün geosiyasi maraqlarına ziddir.

İlk növbədə Yerevanın bu avantürst mövqeyi Moskvanın Türkiyə ilə sıx iqtisadi-enerji və hərbi-texniki əməkdaşlığına zərbə vurur''.


Politoloq bildirdi ki, Naxçıvanın münaqişə cəbhəsinə çevrilməsi sayəsində bu istiqamətdən Əlahiddə qoşun rahat şəkildə Laçın dəhlizi və Qubadlı, Zəngilan və bu istiqamətlərdə Ermənistan ordusuna ciddi zərbələr vuracaq.

''Ermənistan düşünür ki, müharibənin miqyasını genişləndirərsə Moskva bu işə müdaxilə edəcək. Amma Rusiya Bakı-Ankara platformasına qarşı hərəkətə keçməyəcək.

Necəki, Azərbaycan Vardenisdə Ermənistan hərbi bazasına raket zərbələri endirməklə, Moskva qarışmadı, Naxçıvandan Ermənistanın hücumuna qarşı cavab zərbəsinə Moskva neytral qalacaq.

Regionda siyasi-hərbi balans Azərbaycanın maraqlarına cavab verir. Münaqişənin davam etməsi Qarabağa bundan sonra status verilməsi mümkün olmayacaq''.

Məhəmməd Əsədullazadə bildirdi ki, ümumiyyətlə Rusiya Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.

Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxartsada Ermənistan kapitulyasiya sülhünə gəlməyəcək.

Moskva bu şəkildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyi daima Ermənistan vasitəsilə təhdid edəcək.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR