Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir -

“Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır”.

Metbuat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən, Ermənistan böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR